AZ

Ay missiyasında tualet yenidən SIRADAN ÇIXDI: Astronavtlar ÇƏTİN VƏZİYYƏTDƏ – FOTO

Aya uçan kosmonavtların tualeti yenidən sıradan çıxıb, gəmidə xoşagəlməz qoxu yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ay missiyasında olan kosmonavtlar növbəti dəfə ciddi texniki problemlə üzləşiblər. Bildirilir ki, kosmik gəmidəki tualet sistemi yenidən sıradan çıxıb və bu dəfə problemin tamamilə “sonuncu” olduğu ehtimal edilir.

Hadisənin təfərrüatlarına görə, kabinədəki boru kəməri donub. Bu nasazlıq gəmi daxilində dözülməz bir qoxunun yayılmasına səbəb olub.

Problemi aradan qaldırmaq üçün NASA mütəxəssisləri qeyri-adi bir addım ataraq, gəmini Günəşə doğru istiqamətləndiriblər ki, donmuş sistem əriyib normal fəaliyyətə qayıtsın.

Qeyd edək ki, bu tualet sisteminin işlənib hazırlanmasına təxminən 30 milyon dollar (təxminən 51 000 000 manat) vəsait xərclənib.

Onun gələcək kosmik missiyalar üçün baza həlli kimi istifadə olunması nəzərdə tutulurdu.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr