AZ

Bağırsaqlarda çürümənin qarşısını alan qidalar

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Düzgün qidalanma sağlamlığın təməli olsa da, bəzi kəskin dadlı qidaların orqanizm üçün faydaları çox vaxt unudulur."Rospotrebnadzor"ekspertləri bəzi ədviyyat və əlavələrin maddələr mübadiləsini sürətləndirdiyini və qidaların mənimsənilməsini asanlaşdırdığını açıqlayıblar. Sarımsaq, soğan, zəncəfil, sarıkök, istiot və mixək kimi məhsullar bağırsaqlarda yaranan çürümə proseslərinin qarşısını almağa kömək edir.Bu qidalar həm də təbii qoruyucu rolunu oynayır və güclü antibiotik xüsusiyyətlərə malikdir. Tərkibindəki maddələr zərərli bakteriyaların artmasını ləngidərək orqanizmi müxtəlif infeksiyalardan qoruyur. Eyni zamanda bu ədviyyatların gündəlik rasiona daxil edilməsi həzm sisteminin işini xeyli yüngülləşdirir. Sağlam qalmaq və bədənin müdafiə sistemini gücləndirmək üçün həkimlər bu təbii vasitələrdən müntəzəm istifadə etməyi məsləhət görürlər.İsmayıl

Demokrat.az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
demokrat.az

1Mənbələr