AZ

Hökumətdən mühüm qərar Neft böhranı səbəbilə həftəlik tətil uzadıldı

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Nepal hökuməti neft təchizatındakı fasilələrə görə dövlət idarələri və təhsil müəssisələri üçün həftəlik tətili şənbə və bazar günləri də daxil olmaqla iki günə çatdırdığını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə hökumətin iclasından sonra açıqlama verilib.

Bildirib ki, bazar günləri dövlət müəssisələrinin və məktəblərin bağlanması qərarı neft təchizatındakı fasilələrə görə verilib.

Kabinet həmçinin benzin və dizel mühərrikli nəqliyyat vasitələrinin elektrikli nəqliyyat vasitələrinə çevrilməsini asanlaşdırmaq üçün qanunvericilik hazırlamaq qərarına gəlib.

Qeyd edək ki, Nepalda əvvəllər yalnız şənbə günü dövlət tətili idi. Yeni qərara əsasən isə bazar günü də tətilə daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
lent.az

1Mənbələr