AZ

Aprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam"

Naxçıvanda Aprel döyüşləri şəhidi mayor Rasim Məmmədovun anım tədbiri keçirilib. Rasim Məmmədov 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Aprelin 5-də isə doğulduğu qəsəbədə dəfn olunub.

Far.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Şəhidin qardaşı Aslan Məmmədov qardaşını bu sözlərlə yad edib: "Əvvəllər Rasim məktəbdə oxuyan vaxtı həmişə həkim olmaq istəyirdi. Sadəcə 1992-ci ildə atam yaralanandan sonra o dedi ki, yox, mən hərbçi olacağam, atamın qisasını alacağam. 1992-ci ildən sonra hamımızın həyatı dəyişdi və Rasim hərbçi oldu. O, həmişə vətənpərvər biri olub, onun vətənpərvərliyi bu gün bizim ailəmizin gənclərinə də sirayət edib".

Seçilən
18
far.az

1Mənbələr