AZ

Əməliyyatlar başlayandan ABŞ azı 7 təyyarə itirib

İrana qarşı əməliyyatlar başlanğıcından bəri ABŞ ən azı yeddi hərbi təyyarəsini itirib.

Herbiand.az xəbər verir ki, bu abrədə öz mənbələrinə istinadən CNN məlumat yayıb. 

Məlumatda deyilir: "ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsinin və A-10 hücum təyyarəsinin ayrı-ayrı hadisələrdə itirilməsi İranla müharibədə məhv edilən pilotlu təyyarələrin təsdiqlənmiş sayını yeddiyə çatdırır".

Kanalın məlumatına görə, itirilən Amerika təyyarələri arasında səhfən vurulan üç F-15 qırıcı təyyarəsi, İraqda qəzaya uğrayan KC-135 tankeri və Səudiyyə Ərəbistanındakı bazaya hücum zamanı məhv edilən E-3 Sentry hava hücumundan erkən xəbərdarlıq və idarəetmə təyyarəsi var. Bundan əlavə, keçən ay bir F-35 qırıcı təyyarəsi ciddi şəkildə zədələnib və təcili eniş etməyə məcbur olub.

Seçilən
43
1
herbiand.az

2Mənbələr