“Barselona”nın baş məşqçisi Hans-Dieter Flik Lamin Yamal ətrafında yaranan müzakirələrə münasibət bildirib.
QOL.az xəbər verir ki, İspaniya La Liqasının 30-cu turunda “Atletiko” Madrid üzərində 2:1 hesablı qələbə qazanan “Barselona”da Yamalın matç sonu meydandan narazı halda çıxması diqqət çəkmişdi. Hətta onu Filik də sakitləşdirə bilməyib.
Alman məşqçi bildirib ki, 18 yaşlı futbolçunun reaksiyası emosiyalarla bağlıdır:
“Lamin bir qədər əsəbi idi, çünki əlindən gələni etsə də, qol vura bilmədi. Bu, emosional oyundur və belə hallar normaldır. Oyundan sonra o, paltardəyişmə otağında idi və hər şey qaydasındadır”.
Xatırladaq ki, Yamal 87-ci dəqiqədə Robert Levandovski tərəfindən vurulan qələbə qolunu qeyd etməyib və meydanda sakit davranışı ilə diqqət çəkib. Final fitindən sonra isə o, narazı haldsa baş məşqçisinin yanından keçib. Flik onu saxlamağa çalışsa da, gənc futbolçu buna reaksiya verməyib.