"Dağıstanda 2000-dən çox ev su altında qalıb".
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik bildirib ki, Rusiyanın Dağıstan Respublikasında yeddi bələdiyyədə və doqquz yaşayış məntəqəsində 2 075 yaşayış binası, 1 817 bağ sahəsi və 173 yol su altında qalıb.
Dərbənd rayonunda bəndin uçması səbəbindən isə kəndlərdən 350-dən çox insan təxliyə edilib.
Onların əksəriyyəti qohumlarının evində, qalanları isə müvəqqəti yaşayış mərkəzlərindədir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta