AZ

Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“London gəmiləri ələ keçirmək və ya bloklamaq cəhdlərinə görə çox ağır bədəl ödəyəcək”.Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “RİA Novosti”yə açıqlamasında bildirib.Onun açıqlamasına Britaniya hökumətinin Rusiyanın sözdə "kölgə donanması" adlandırılan gəmilərinə hərbi personalın daxil olmasına icazə vermək planı səbəb olub.

 

“Londonun bunu etməyə gücü çatacaqmı? Yəqin ki, belədir. Rahatlamaq və Britaniyanın ABŞ olmadan heç nə edə bilməyəcəyini düşünmək səhv olardı. Məsələ burasındadır ki, London buna görə hansı bədəli ödəməli olacaq?! Amma bu çox ağır  bədəl olacaq”, - deyə Kelin bildirib.

Diplomat vurğulayıb ki, strateji əhəmiyyətli boğazlarda məhdudiyyətlər tətbiq etmək beynəlxalq hüququ və dəniz nəqliyyatının sabitliyini sarsıdacaq təhlükəli bir presedentdir. Moskva Britaniyanın təşəbbüslərini yaxından izləyir və qisas almağa hazırdır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
bizim.media

2Mənbələr