AZ

Ürək xəstəliyi riskini ikiqat artıran vərdiş açıqlandı

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nizamsız yuxu saatları ciddi ürək-damar xəstəlikləri riskini iki dəfə artıra bilər. Bu nəticəyə Finlandiyanın Oulu Universitetinin alimləri gəliblər.Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri "BMC Cardiovascular Disorders" jurnalında dərc olunub.Araşdırmada Finlandiyada doğulmuş 3 231 nəfər iştirak edib. İştirakçıların orta yaşı 46 olub.Onlar bir həftə ərzində yuxu rejimini və yataqda keçirdikləri vaxtı qeydə alan akselerometrlərdən istifadə ediblər. Bundan sonra alimlər onların sağlamlıq vəziyyətini 10 ildən çox müddətdə tibbi registrlər vasitəsilə izləyiblər.

 

Nəticələr göstərib ki, müxtəlif vaxtlarda yatan və eyni zamanda gündə səkkiz saatdan az yatan insanlarda ciddi ürək-damar xəstəliklərinin riski iki dəfə artır. Bu xəstəliklərə infarkt və insult daxildir.

Alimlər vurğulayırlar ki, yuxu rejimi gündəlik həyat ritmini əks etdirir və onun sabitliyi ürək sağlamlığının qorunmasında mühüm rol oynaya bilər. (Oxu.Az)Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
bizim.media

3Mənbələr