AZ

Tehrana hücumlarda 6 uşaq həyatını itirdi

ABŞ və İsrailin İranın paytaxtı Tehrana təşkil etdiyi hücumlar nəticəsində 6 uşaq həyatını itirib.

AzEdu.az xəbər verir ki, İran dövlət televiziyası, Tehranın Təcili Tibbi Yardım Xidməti tərəfindən məsələ ilə bağlı yayılan yazılı açıqlamanı təqdim edib. 

Açıqlamada bildirilib: “Gecə saatlarında Tehranda mülki şəxslərə qarşı həyata keçirilən hücumlar nəticəsində yaşı 10-dan aşağı olan 4 qız və 2 oğlan uşağı həyatını itirib.”

Qeyd olunub ki, bu gecə Tehrana edilən hücumlar zamanı Bəharistan rayonunda 13, Şəhriyar rayonunda 6, şəhərin şərq hissəsində isə 4 nəfər ölüb.

Seçilən
10
azedu.az

1Mənbələr