Bakı, 6 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart ayları ərzində 20 min 32 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müavinət ödənişləri 9 min 265 nəfər qız, 10 min 767 nəfər oğlan uşağına görə aparılıb.