AZ

Cəlilabaddda yol çökdü

Cəlilabad şəhərində yolun bir hissəsində çökmə baş verib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Fərid Əhmədov küçəsində qeydə alınıb.

Yerli icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, bu barədə məlumatlıdırlar və yaxın zamanda problem aradan qaldırılacaq:

"Ərazidən keçən kanalizasiya xəttində yaranmış nasazlıq səbəbindən yolda çökmə baş verib. Hava şəraiti yaxşılaşan kimi çökən hissədə təmir-bərpa işlərinə başlanılacaq".


Telegram kanalımız
Seçilən
19
3
yenisabah.az

4Mənbələr