Koreya Respublikasının Prezidenti Li Ce Myon PUA-ların buraxılmasına görə KXDR-dən üzr istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə “Cənubi Koreya mətbuatı” məlumat yayıb.
Koreya Respublikasının Prezidenti Li Ce Myon nazirlər kabinetinin iclası zamanı maraqlı bəyanatla çıxış edib. O, ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatlarının (PUA) buraxılmasına görə Şimali Koreyadan (KXDR) üzr istəyib.
“Hökumətin bu işdə birbaşa iştirakı olmasa da, düşünülməmiş hərəkətlərin səbəb olduğu hərbi sahədəki lazımsız gərginliyə görə Şimaldan üzr istəyirəm”, – deyə Li Ce Myon bildirib.
Xuraman Etibarlı
İnterpress.az