AZ

Türkiyədə FETÖ əməliyyatı - 19 nəfər saxlanılıb

Türkiyənin 13 vilayətində FETÖ-nun gizli hərbi strukturlarını hədəf alan əməliyyatda 19 şübhəli saxlanılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Respublika Prokurorluğu məlumat yayıb.

Məlumata görə, 20 nəfər terror qruplaşması ilə əlaqələrinə görə axtarışa verilib, onlardan 19 şübhəli saxlanılıb.

Şübhəlilərin polis bölməsində prosedurları davam edir. Ünvanında tapıla bilməyən digər şübhəlinin tutulması üçün səylərin davam etdiyi bildirilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr