AZ

Ukrayna bu 4 şəhərə 24 saatdır ardıcıl hücum edir

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Ukraynanın dron hücumu nəticəsində Novorossiyskdə səkkiz nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev deyib.

Onun sözlərinə görə, 5 aprel səhərindən bəri bölgə kütləvi dron hücumlarına məruz qalır və Novorossiysk, Anapa, Gelencik, Soçi və digər şəhərlərdə xəbərdarlıq sistemləri işə salınıb.

Kondratyev Novorossiyskdəki vəziyyəti ən ciddi adlandırıb. Orada iki uşaq da daxil olmaqla, səkkiz nəfər yaralanıb. Hamısı xəstəxanaya aparılıb.

Şəhərdə dron hücumları nəticəsində altı yaşayış binası və iki fərdi evə ziyan dəyib. Qubernator bildirib ki, dron qalıqları bir neçə müəssisənin ərazisində tapılıb.

PUA-ların əsas hədəfinin Novorossiyskdəki Şesxaris neft terminalı olduğu vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
axar.az

1Mənbələr