Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoyub.