AZ

Qorxu filmlərinə baxanda ürəyiniz dayana bilər

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ekran qarşısında həyəcanlı anlar yaşayarkən ürəyin bir anlıq dayandığını və ya sürətlə döyünməyə başladığını hiss etmək bir çoxumuza tanışdır. Tibbdə "ekstrasistoliya" adlandırılan bu hal qəfil hormon ifrazı və ya emosional gərginlik fonunda ürək əzələsinin növbədənkənar yığılmasıdır. Kardioloq Kristina Vulf bildirir ki, bu, stressə qarşı normal reaksiyadır və yalnız fasilələr həddindən artıq çoxaldıqda problem yaradır.Qorxu anında beyin real təhlükə ilə filmdəki kadrları fərqləndirmir və bədənə adrenalin ifraz etmək əmri verir. Tamamilə sağlam insanlar üçün belə anlar təhlükəli deyil. Orqanizm emosional partlayışın öhdəsindən sürətlə gələrək normal vəziyyətinə qayıdır. Hətta bəzi tamaşaçılar üçün təhlükəsiz şəraitdə qorxu hissi keçirmək bir növ emosional məşq rolunu oynayır.Lakin xroniki xəstəliyi olanlar üçün vəziyyət fərqlidir. İşemik xəstəlik, yüksək təzyiq və ürək qapağı qüsurları olan şəxslərdə güclü emosional yüklənmə ciddi fəsadlara yol aça bilər. Xüsusilə siqaret çəkən və xolesterini yüksək olan insanlar üçün qorxulu filmlər ürək tutmasını tətikləyən amilə çevrilə bilər.Həkim xəbərdarlıq edir ki, emosiyalar fonunda yaranan narahatlıq qıcıqlandırıcı bitdikdən bir neçə dəqiqə sonra keçib getməlidir. Əgər xoşagəlməz hisslər, xüsusən də sinənin ortasında sıxıcı və yandırıcı ağrılar 30 dəqiqədən çox davam edərsə, vaxt itirmədən təcili yardıma müraciət etmək lazımdır. Ürək-damar xəstəliyi olanlar isə bu növ əyləncələrə başlamazdan əvvəl həkimləri ilə məsləhətləşməli və belə hallarda hansı preparatları qəbul etməli olduqlarını bilməlidirlər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
demokrat.az

1Mənbələr