AZ

Emin Həsənlinin Türkiyədə görüşləri davam edir

Türkiyədə səfərdə olan “Qardaşlığımız Ədəbidir” QHT koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin görüşləri davam edir.

Herbiand.az xəbər verir ki, birlik sədri Türkiyə Milliyyəçi Hərəkat Partiyasının mərkəzi qərərgahında olub. Türk dünyası ilə bağlı araşdırmaları ilə tanınan MHP sədrinin Türk Dünyası ilə əlaqələr üzrə müavini, TBMM-nin təhsil komisiyasın sədr müavini, professor İlyas Topsakal Emin Həsənlini səmimi qarşılayıb və onun iki dövlətin vətəndaş cəmiyyəti mənsubları arasında əlaqələrin qurulmasında yorulmadan çalışdığını xüsusi qeyd edib.

İlyas Topsakal Türk dövlətləri arasında əlaqələrin daha da geçişləndirilməsinin vacibliyi, bu istiqamətdə atılması vacib olan addımlarla bağlı fikirlərini də bildirib.

MHP təmsilçisi Azərbaycan – Türkiyə əlaqələrinin Turan qurulması istiqamətində addımların atılması üçün gözəl nümunələrin ortaya qoyduğunu da vurğuılayıb.

Səmimi Qəbula görə təşəkkür edən Emin Həsənli MHP-nin Türkiyədə xüsusi nüfuza malik bir partiya olduğunu, ölkənin qarşısında duran bir çox qlobal problemlərin həll olunmasında iştirakının önəmini vurğulayıb.

Birlik sədri Türkiyədə şəhid ailələrinə, qazilərə və ordu veteranlarına həssas münasibətin formalaşmasında MHP-nin xüsusi yanaşması olduğunu qeyd edib.

MHP mənsublarının Azərbaycana münasibətini xüsusi qeyd edən Emin Həsənli ən çətin anlarda göstərilən mənəvi dəstəyin önəmini xatırladıb. Eyni zamanda Türk Dövlətlərinin inteqrasiyasında bu partiyanın əməli fəaliyyətinin önəmli olduğunu bildirib.

Birlik sədri Azərbaycan Preizdenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlətinin həm Türkiyə-Azərbaycan əlaqələrinin, həm də Türk Dövlətləri Təşkilatının yeni üfüqlərinin açılmasında gördüyü işlərdən də bəhs edib.

Tərəflər Türk Dövlətlərinin inteqrasiyasının önəmi ilə bağlı və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparıb.

Görüşdə iştirak edən Türkiyə Müharibə Veteranları Birliyinin sədri Bəyazıd Yumuk da gənc yaşlarından ülkücü olduğunu bildirib və milli davanın hər zaman önəmli olduğunu xüsusi vurğulayıb.  O, Azərbaycan və Türkiyə hərbi yönümlü təşkilatlarının əlaqələri və birgə  fəaliyyətindən bəhs edib. Bu təşkilatlara və iki ölkənin təşkilatlarının əlaqələrinə Türkiyə Böyük Millət Məclisinin və Millət Vəkillərinin verdiyi önəmi xüsusi olaraq qeyd edib.

Bəyazıd Yumuk TBMM təmsil olunan bir qrup kimi MHP-nin hər zaman qazilərə, şəhid alilərinə xüsusi ehtiramla yanaşmasının da çox yaxşı hal olduğunu qeyd edərək, bu proseslərin gələcəkdə də yüksək səviyyədə davam etdirilməsini arzu etdi.  

Seçilən
13
3
herbiand.az

4Mənbələr