AZ

Netanyahu İsrail Ali Məhkəməsini hədəf aldı

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin Baş naziri Netanyahu, Ali Məhkəmənin Tel-Əvivdə məhdud sayda etirazçıya müharibə əleyhinə aksiya keçirməyə icazə verməsi qərarına sərt reaksiya göstərib.

Turkustan.az xəbər verir ki, X sosial media platformasındakı paylaşımında bildirib ki, məhkəmənin 600 nəfərə qədər iştirakçının qatılacağı etiraz aksiyasına icazə verməsi qəbuledilməzdir.

Son iki həftə ərzində İsraildə, əsasən Tel-Əvivdə, ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin dərhal dayandırılması tələbi ilə etirazlar keçirilir.

Netanyahu qeyd edib ki, İrana hücumlardan sonra tətbiq olunan məhdudiyyətlər səbəbindən yəhudilər Pasxa bayramı zamanı Qərb Divarında ibadət edə bilməyib. Buna baxmayaraq, Ali Məhkəmənin “solçu” etiraz aksiyasına icazə verməsini tənqid edib.

O vurğulayıb ki, müharibə dövründə təhlükəsizlik tədbirləri ilə bağlı əsas səlahiyyət İsrail Ordusunun Daxili Cəbhə Komandanlığına məxsusdur və əlavə edib: “Etiraz azadlığı nə qədər vacibdirsə, ibadət azadlığı da bir o qədər əhəmiyyətlidir.”

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr