AZ

UNEP: 2030 cu ilədək okeanların 30 faizinin mühafizəsi hədəfi uzaq perspektiv olaraq qalır

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) dünya okeanlarının mühafizəsi sahəsində mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın Nayrobidə yaydığı məlumata əsasən, hazırda okeanların 10,01 faizi rəsmi olaraq qorunan ərazilər kimi müəyyən edilib. Bununla belə, beynəlxalq ictimaiyyətin qarşısında duran əsas məqsəd – 2030-cu ilədək okeanların 30 faizinin mühafizəsinin mühafizəsi hələ də uzaq perspektiv olaraq qalır. UNEP-in hesablamalarına görə, bu hədəfə çatmaq üçün təxminən Hind okeanı böyüklüyündə əlavə dəniz sahəsinin qoruma altına alınmaldır. Əslində qorunan ərazilərin 10 faizə çatdırılması hədəfi hələ 2020-ci ildə reallaşdırılmalı idi.

BMT-nin 2025-ci il üzrə hesabatına əsasən, son illərdə dənizlərin mühafizəsi sahəsində müəyyən irəliləyişlər qeydə alınsa da, tədbirlərin böyük hissəsi ayrı-ayrı ölkələrin milli sularını əhatə edib. Açıq dənizlərdə, yəni beynəlxalq sularda isə vəziyyət daha mürəkkəb olaraq qalır. Belə ki, dünya okeanlarının 60 faizdən çoxunu təşkil edən bu ərazilərin cəmi 1,6 faizi qorunan statusa malikdir.

Ekspertlər bildirirlər ki, mövcud problemlərdən biri də bir çox dəniz mühafizə zonalarının effektiv idarə olunmamasıdır. Bu ərazilərdə nəzarət mexanizmlərinin zəifliyi və patrul fəaliyyətinin olmaması qoruma tədbirlərinin səmərəliliyini azaldır.

Bu ilin yanvarında qüvvəyə minmiş BMT-nin Açıq Dənizlər Müqaviləsi isə okeanların biomüxtəlifliyinin qorunması istiqamətində ilk qlobal hüquqi sənəd kimi qiymətləndirilir. Təxminən 20 il davam edən danışıqlar nəticəsində qəbul olunan sənəd açıq dənizlərdə və dərin okean zonalarında ekosistemin mühafizəsini nəzərdə tutur. Mütəxəssislər qarşıdakı illərdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin və effektiv idarəetmə mexanizmlərinin tətbiqinin okeanların qorunması üzrə qlobal hədəflərə nail olunmasında həlledici rol oynayacağını bildirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
3
yeniazerbaycan.com

4Mənbələr