Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 6 aprel, AZƏRTAC
Bolqarıstanda yanacaq bahalaşır, lakin artım tempi ardıcıl ikinci həftədir ki, zəifləyir.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fuelo.net platforması məlumat yayıb. Bildirilib ki, həftə ərzində ən böyük artım propan-butan yanacağında qeydə alınıb, 0,06 avro/l (8,45 faiz) yüksələrək 0,77 avro/l olub. A95 benzininin qiyməti cüzi olaraq 0,01 avro/l (0,68 faiz) artaraq 1,48 avro/l-ə, Premium A98 benzini 1,69 avro/l-ə, dizel isə 1,72 avro/l-ə çatıb. Metan qiymətləri 0,01 avro/kq (0,88 faiz) artaraq 1,15 avro/kq-a yüksəlib.
Milli Statistika İnstitutu bazar günü yanacağın qiymətləri ilə bağlı uzunmüddətli statistikanı təqdim edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.