AZ

Müharibə başlayandan bəri Tehranda səkkiz xəstəxana təxliyə edilib

İranın Səhiyyə Nazirliyi ABŞ və İsrailin hərbi əməliyyatları səbəbindən 28 fevraldan bəri paytaxt Tehranda səkkiz xəstəxananın təxliyə edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Məlumatda bildirilib ki, hücumlar nəticəsində 54 təcili yardım şöbəsinə, 46 tibb məntəqəsinə, 216 səhiyyə mərkəzinə və 41 təcili yardım avtomobilinə ziyan dəyib.

Qeyd olunub ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb və Tehranı raket və nüvə proqramı hazırlamaqda ittiham edib. İran isə bu ittihamları rədd edərək İsrailə, eləcə də ABŞ-nin bölgədəki hərbi bazalarına qarşı cavab zərbələri endirib.

Bildirilib ki, zərbələr Küveyt, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn və İraq ərazilərinə endirilib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr