AZ

İsrail “Arrow” tutucu raketlərinin istehsal tempini sürətləndirir

İsrail Nazirlər Komitəsi ölkənin Müdafiə Nazirliyi tərəfindən təqdim olunan “Arrow” tutucu raketlərinin istehsalının əlavə olaraq sürətləndirilməsinə dair planı təsdiqləyib.

“Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu sistem “Israel Aerospace Industries” (IAI) tərəfindən hazırlanır və istehsal olunur.

Müdafiə naziri İsrael Katz və Nazirliyin baş direktoru general-mayor Amir Baram bu razılaşmanı irəli sürüblər. Yaxın vaxtlarda imzalanacaq müqavilə “Arrow” tutucu raketlərinin həm istehsal tempinin, həm də ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək. Bu addım davam edən hərbi vəziyyətə hazırlığın bir hissəsidir. İsrailin müdafiə sənayesi artıq Müdafiə Nazirliyinin göstərişləri ilə istehsalı artırır.

Qeyd edilib ki, “Arrow” sistemi ABŞ-ın Raketdən Müdafiə Agentliyi ilə birgə hazırlanıb və istehsal olunur. Sistem ekzomosfer və yuxarı atmosfer hündürlüklərində ballistik raketləri məhv edərək İsraili uzaq mənzilli strateji təhlükələrdən qoruyur. Hazırkı müharibə zamanı sistem öz effektivliyini sübut edib və İran və Yəməndən buraxılan çoxsaylı ballistik raketləri uğurla məhv edib. O, dünyanın ən qabaqcıl raketdən müdafiə sistemlərindən biri hesab olunur.

Seçilən
14
poliqon.az

1Mənbələr