AZ

Özbəkistan prezidentinin qızı Trampın iqamətgahında: Kiminlə görüşüb?

Özbəkistan prezidentinin qızı Səidə Mirziyoyeva Florida ştatındakı Mar-a-Laqo iqamətgahına baş çəkib və prezident Donald Trampın Cənubi və Orta Asiya üzrə elçisi Serjio Qor ilə görüşüb.

Publika.az xəbər verir ki, Mirziyoyeva bu barədə özünün Telegram kanalında məlumat verib.

"Mar-a-Laqoda ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Serxio Qor ilə görüşməkdən məmnun oldum", - Səidə yazıb.

Əlavə edib ki, Vaşinqtonda bir çox məhsuldar görüşlər gözləyir. Dərc olunmuş şəkildə Mirziyoyeva Trampın kiçik qızı Tiffaninin yanında dayanıb.

Seçilən
24
2
publika.az

5Mənbələr