AZ

İran ABŞ-ni hədəflərinə zərbələri gücləndirəcəyi ilə hədələyib

İran Silahlı Qüvvələri İslam Respublikasında mülki infrastruktura hücumlar davam edərsə, Yaxın Şərqdəki ABŞ hədəflərinə "daha ciddi və genişmiqyaslı zərbələr" endirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib.

"Əvvəldən bildirmişik ki, mülki hədəflərə edilən hər hansı bir hücum düşmənin regionun istənilən yerindəki maraqlarına qarşı gücləndirilmiş cavabla qarşılanacaq. Mülki hədəflərə hücumlar təkrarlanarsa, hücum və cavab əməliyyatlarımızın sonrakı mərhələləri daha sərt və daha geniş miqyasda həyata keçiriləcək və bu siyasət davam edərsə, düşmənə dəyən ziyan və itkilər eksponensial olaraq artacaq", - deyə o, dövlət televiziyasında bildirib.

Seçilən
1
ucnoqta.az

1Mənbələr