AZ

Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub

Ajans.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Keşlə qəsəbəsində kollektorda baş vermiş nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-in müvafiq qüvvələri tərəfindən tədbirlər həyata keçirilir:

"Gecə saatlarında da qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hazırda olan məlumata görə, 97 sakin təhlükəsiz yerə təxliyə olunub. Hazırda FHN əməkdaşları ərazidə suyun çəkilməsi işlərini davam etdirirlər" .

Seçilən
13
11
Ajans.az

10Mənbələr