AZ

Türkiyə Kubaya üzən elektrik stansiyası göndərdi

Türkiyənin "Karpowership" şirkəti adaya elektrik enerjisi təmin etmək üçün üzən elektrik stansiyalarından birini Kubaya göndərib.

"Unikal" NTV-yə istinadən xəbər verir ki ixtisaslaşmış "Belgin Sultan" gəmisi Havana limanında lövbər salıb.

ABŞ-nin ölkəyə yanacaq tədarükünə qoyduğu embarqodan sonra Kubanın elektrik şəbəkəsi dərin böhrana düşüb. Vəziyyət həm ev təsərrüfatlarının və müəssisələrin elektrik enerjisi təchizatına, həm də aviasiya yanacağı çatışmazlığının yarandığı hava limanının fəaliyyətinə təsir göstərib və bu da bir çox şirkətin adaya uçuşları məhdudlaşdırmasına səbəb olub.

"Karpowership" şirkətinin gəmisi mayeləşdirilmiş qaz və ya dizel yanacağı ilə işləyə bilər. "Belgin Sultan" 76 MVt-a qədər elektrik enerjisi istehsal edə bilər. Türkiyə şirkətinin oxşar gəmilərdən və digər platformalardan ibarət donanması var. Şirkət Kot-d'İvuar, Qana, Mozambik, Seneqal, Braziliya və Dominikan Respublikası da daxil olmaqla bir neçə ölkədə elektrik təchizatı xidmətləri göstərir.

Seçilən
23
unikal.az

1Mənbələr