AZ

Azad edilmiş ərazilərdə bügünədək aşkarlanan minaların sayı açıqlanıb

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlbolunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədəhəftəlik (30.03.2026 – 05.04.2026) məlumat açıqlanıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının MinatəmizləməAgentliyindən (ANAMA) məlumat yayıb.

Məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı vəZəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmişBağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 83piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 2254 Partlamamış HərbiSursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2278,1 hektar ərazi mina və PHS-lərdəntəmizlənib.

Seçilən
41
46
az.trend.az

10Mənbələr