AZ

Ziya Məmmədovun qalmaqallı qohumu yüksək vəzifə aldı

Xəbər veridiyimiz kimi, Zeynal Bayramlı TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, Zeynal Bayramlının keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu bildirilir.

Məlumata görə, Z.Bayramlının karyerası məhz Ziya Məmmədov nəqliyyat naziri təyin olunandan sonra yüksəlməyə başlayıb.

Açıq mənbələrdə yayılan iddialara görə, 2005-ci ildə müəmmalı şəkildə diplom əldə edən Bayramlı əvvəlcə Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkim, iki sonra isə Ucar Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. Z.bayramlı uzun illər Ucar Mərkəzi Xəstəxanasına rəhbərlik edib. Hətta tibb müəssisələrinin TƏBİB-in tabeliyinə keçməsindən sonra belə Z.Bayramlıya toxunulmayıb.

Onun kifayət qədər mənfi reputasiyaya məlik olduğu bildirilir. Baş həkim işlədiyi müddət ərzində mətbuatda Z.Bayramlının yeyintiyə, korrupsiyaya yol verməsi barədə kifayət qədər materiallar dərc olunub.

Seçilən
2
5
publika.az

10Mənbələr