AZ

Səyyar reabilitasiya xidməti inklüzivliyə yeni imkanlar açır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi təşəbbüslər sosial sahədə innovativ yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüslər əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyasına real dəstək verir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədli QHT.az-a açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu təşəbbüsləri əlbəttə innovativdir və biz bunu alqışlayırıq. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən DOST inklüziv mərkəzi əlilliyi olan uşaqların və yeniyetmələrin reabilitasiya məsələlərində, yəni cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.

O qeyd edib ki, bir tərəfdən sosial reabilitasiya, digər tərəfdən tibbi reabilitasiya, həmçinin cəmiyyətə inteqrasiya məsələləri əhəmiyyətli rol oynayır, bu reabilitasiya avtobusu artıq səyyar xidmət göstərən bir xidmətdir və regionlarda mərkəzlərə gələ bilməyən uşaqlara yerində sosial xidmət göstərir.

Zəhra Ağayeva

Seçilən
29
qht.az

1Mənbələr