AZ

Qusarda leysan fəsadı: transformator sıradan çıxdı - VİDEO

Son günlər Azərbaycanda yağan güclü və aramsız leysan yağışları bəzi bölgələrdə müəyyən problemlər və fəsadlarla nəticələnib.

Ölkə.az xəbər verir ki, güclü yağış səbəbindən sel hadisələri baş verib.

Qusar rayonunda yağan intensiv yağışlar nəticəsində yaranan sel suları elektrik dirəklərini dağıdıb, sahil ərazisində yerləşən transformatoru isə sıradan çıxarıb.

Nəticədə ətraf yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Həmidə İbrahimova

Seçilən
11
olke.az

1Mənbələr