AZ

İsmayıl Bəqai: İran ABŞ-nin münaqişənin nizamlanması planına cavablar hazırlayıb

İran Yaxın Şərqdə atəşkəs və müharibənin başa çatdırılması üzrə ölkənin milli maraqlarına uyğun olan öz planını təqdim edib.

Aznews.az İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Biz artıq aydın bir plan təqdim etmişik. Orada biz öz maraqlarımıza əsaslanan tələblərimizi formalaşdırmışıq. Qanuni tələblərimizi açıq şəkildə bildirməkdən çəkinmirik. Tərəflər ən əvvəldən vasitəçilər yolu ilə öz mövqelərini irəli sürüblər və mesajların ötürülməsi hələ də təbii haldır", - o bildirib.

İ.Bəqai qeyd edib ki, danışıqlar ultimatum və təhdidlərlə bir araya sığmır.

İran XİN sözçüsü Hörmüz boğazı ətrafındakı vəziyyətə də toxunaraq vurğulayıb ki, bu məsələ iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində müzakirə edilib:

"İran və Oman - hər iki ölkəni narahat edən keçidin təhlükəsizliyi ilə bağlı olan iki sahilyanı dövlətdir. Son bir neçə gün ərzində İran bu su yolunda təhlükəsizliyi qorumaq üçün beynəlxalq hüquqa əsaslanan bir sıra təhlükəsizlik tədbirləri görüb. Biz açıq şəkildə bildirdik ki, düşmən gəmilərinin oradan keçməsinə icazə verməyəcəyik".

Seçilən
12
1
aznews.az

2Mənbələr