
ABŞ və İsrail artıq İranın enerji obyektlərinin genişmiqyaslı bombalanması üçün bir plan hazırlayıblar.
Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“ABŞ-İsrail kampaniyasının bir hissəsi olaraq İranın enerji obyektlərinin genişmiqyaslı bombalanması üçün əməliyyat planı artıq işə salınmağa hazırdır”, - deyə vurğulanıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün bəyan edib ki, Vaşinqton İranla dərin danışıqlar aparır və aprelin 7-də razılığa gələ bilərlər.
Daşqın HəsənovMissiya.Az