AZ

Bəqai: ABŞ-nin pilotlarının xilasına cəhdi İrandan uranı oğurlamaq pərdəsi altında ola bilərdi

ABŞ İran tərəfindən vurulan ABŞ qırıcısının pilotlarının xilas edilməsi zamanı İsfahandakı obyektdən İranın zənginləşdirilmiş uranını oğurlamağı hədəfləyə bilərdi.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai vurğulayıb.

"Bu əməliyyatda çox sayda suallar və qeyri-müəyyənliklər var. Amerikalı pilotun olduğu iddia edilən ərazi onların qoşun yerləşdirmək istədikləri ərazidən çox uzaqdadır. Ola bilsin ki, dezinformasiya əməliyyatı zənginləşdirilmiş uranın oğurlanmasına yönəlib", - o bildirib.

Bu gün daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu qeyd edib ki, İran Silahlı Qüvvələri tərəfindən İsfahanda vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15" hərbi təyyarəsinin pilotlarının xilas edilməsi əməliyyatı İsrailin yardımı ilə baş tutub.

Seçilən
0
1
far.az

2Mənbələr