AZ

Ukrayna PUA-ları Rusiyanın neft gəlirlərinə ağır zərbə vurdu – Milyardlarla dollar havaya sovruldu

Nüfuzlu "Financial Times" (FT) nəşri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Baltik dənizindəki iki əsas neft limanına — Primorsk və Ust-Luqaya endirdiyi zərbələrin Kremlin iqtisadi dayaqlarını sarsıtdığını yazıb.

Musavat.com xəbər verir ki, neftin dünya bazarında rekord qiymətlərə (Brent markalı neftin bir bareli 100 dollardan baha) satıldığı bir vaxtda, bu hücumlar Rusiyanın neft ixracından qazandığı milyardlarla dolları birbaşa təhlükə altına qoyub.

Analitiklərin hesablamalarına görə, yalnız 29 mart 2026-cı il tarixində bitən bir həftə ərzində Rusiya ixracatçıları bu hücumlar səbəbindən təxminən 970 milyon dollar itiriblər ki, bunun da 200 milyon dolları təkcə Primorskda yanan xam neftin payına düşür.

Eyni zamanda dünya nafta bazarının 8%-ni təmin edən Ust-Luqa limanından ixracın 70% azalması qlobal kimya sənayesində ciddi qıtlığa yol açıb. Terminaldakı ölçmə və yükləmə sistemlərinə dəyən zərər gəmilərin doldurulmasını qeyri-mümkün edib ki, bu da Rusiyanın xarici valyuta axınını kəskin şəkildə zəiflədib.

Ukrayna tərəfi bu obyektlərin Rusiyanın müharibə maşınını maliyyələşdirdiyini və strateji hədəf olaraq qalacağını bildirsə də, ekspertlər PUA hücumlarını Qərbin sanksiyalarından daha təsirli bir "iqtisadi blokada" kimi qiymətləndirirlər. Hazırda Rusiyanın həm şimal, həm də cənub (Novorossiysk) limanlarının eyni vaxtda hədəf alınması Kremlin ixrac logistikasını tamamilə çıxılmaz vəziyyətə salıb.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr