AZ

Təcili yardım maşını səbəbindən matç başlamır – Azərbaycan çempionatı

Azərbaycan II Liqası növbəti turunda “Göygöl” doğma meydanda “Ağdaş”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, saat 15:00-da başlamalı olan matç hələ də start götürməyib. Buna səbəb stadionda təcili yardım maşınının olmamasıdır.

Əgər ev sahibi komanda problemi qısa vaxtda həll etməsə, oyun keçirilməyəcək.

 

Seçilən
18
idmanxeber.az

1Mənbələr