AZ

İrandan ABŞ prezidentinə İSTEHZALI CAVAB: “Açarları itirmişik”

İranın diplomatik nümayəndəlikləri Trampın “Hörmüz” ultimatumuna zarafatla cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İranın Zimbabvedəki səfirliyi ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədəki sərt bəyanatına istehzalı cavab verib.

Tramp İranın ali rəhbərliyini “fanatiklər” adlandıraraq, Hörmüz boğazını ticarət gəmiləri üçün dərhal açmağı kobud şəkildə tələb edib.

İran səfirliyi isə buna “Biz açarları itirmişik” deyə cavab yazıb.

İranın Cənubi Afrika Respublikasındakı diplomatik nümayəndəliyi də bu zarafatı dəstəkləyərək əlavə edib:

“Açarlar gül dibçəyinin altındadır, lakin onlara yalnız dostların çıxışı var”.

Xatırladaq ki, Tramp Tehran qarşısında çərşənbə axşamı axşamınadək “ultimatum” müddəti qoyub.

ABŞ lideri bəyan edib ki, İran razılaşmaya getməsə, o, ölkəyə qarşı “cəhənnəmi yaşadacaq”.

Bununla belə, “Fars” agentliyinin məlumatına görə, son sutka ərzində Tehranın xüsusi icazəsi ilə 15 gəmi Hörmüz boğazından keçib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
49
1
interpress.az

2Mənbələr