AZ

Zatulin: İran Ermənistan hökuməti ilə münasibətlərə etibar edə bilməz

“Biz görürük ki, Paşinyan ölkənin istiqamətini dəyişdirməyə çalışır. O, 7 iyun seçkilərinə gedir və səlahiyyətlərini yenidən təsdiqləmək üçün böyük ümidlərə malikdir”, – deyə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulin bildirib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı əmindir ki, Paşinyan İran məsələsində Rusiya məsələsində olduğu kimi ikiüzlü davranır.

Zatulin hesab edir ki, “Ermənistanın regiondakı bütün hərəkətləri əslində İran üçün problem yaradır. Ermənistan İranla hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalamağa hazırlaşırdı, amma düşünürəm ki, Ağ Evdəki dostlar açıq şəkildə Ermənistanın bu müqavilədə iştirakını istəmirlər. Ağ Evdəki dostlar isə Paşinyan üçün hər kəsdən müqayisəolunmaz dərəcədə vacibdirlər”, – Zatulin hesab edir.

Rusiyalı siyasətçi əlavə edib ki, “İran hazırkı Ermənistan hökuməti ilə münasibətlərə etibar edə bilməz”.

Seçilən
4
veteninfo.az

1Mənbələr