Yazını böyüt
Yazını kiçilt
"İran ABŞ və İsrail ilə münaqişəsi zamanı Azərbaycan və Türkiyəyə qarşı bir dənə də olsun sursat atmayıb".
Hafta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
"Biz İranın Azərbaycana bir dənə də olsun raket atmadığını açıq şəkildə bildirmişik və inanıram ki, iki prezident və xarici işlər nazirləri arasında aparılan danışıqlar hər hansı bir anlaşılmazlığı aradan qaldırıb. Türkiyəyə gəldikdə isə, vəziyyət eyni idi: biz açıq şəkildə bildirdik ki, bizim tərəfimizdən heç bir raket atışları olmayıb və buna görə də inanıram ki, iki ölkə arasında qarşılıqlı anlaşma var və yaranan məsələlər danışıqlardan sonra həll edilib", - deyə Baqayi qeyd edib.