AZ

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan “Air Serbia” ilə kod-şerinq sazişi imzalayıb.

AZAL-dan AFN.az-a verilən məlumata görə, 2026-cı ilin may ayından etibarən Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar “Air Serbia”nın uçuş cədvəlinə uyğun olaraq həftədə iki dəfə həyata keçiriləcək.

Kod-şerinq əməkdaşlığı çərçivəsində AZAL-ın “Air Serbia” tərəfindən icra olunan reyslərə yerləşdirdiyi marketinq kodu sərnişinlərə Belqrad–Bakı–Belqrad marşrutu üzrə rahat bron imkanları, çevik səyahət və geniş transfer imkanları təqdim edəcək. Saziş çərçivəsində ilk reys 3 may 2026-cı il tarixinə planlaşdırılıb.

Hər iki milli aviadaşıyıcı arasında qurulan bu əməkdaşlıq beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yeni tərəfdaşlıq sərnişinlərə daha geniş istiqamət seçimi, çeviklik və Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda, bu saziş turizm, biznes və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Biletləri yaxın gələcəkdə AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Seçilən
6
20
afn.az

3Mənbələr