AZ

Suyun dərinliyi 10 sm dan çoxdursa, maşınla girməyin AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yağışlı havalarda yaranan gölməçələr sürücülər üçün görünməyən risklər yaradır. Bu şəraitdə avtomobilin düzgün idarə olunmaması müxtəlif texniki nasazlıqlara səbəb ola bilər. Xüsusilə suyun dərinliyinin düzgün qiymətləndirilməməsi ciddi problemlərlə nəticələnir. Belə hallarda nəqliyyat vasitəsinin mühərrik və digər hissələrinə ziyan dəyməsi ehtimalı artır. Bu baxımdan, gölməçə sularda avtomobil idarə edərkən ehtiyatlı davranmaq vacibdir.Məsələ ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, gölməçə sularda avtomobil idarə etmək maşın üçün bir sıra ciddi problemlərə səbəb ola bilər və burada suyun səviyyəsi əsas rol oynayır:"Su mühərrikə daxil olduqda hidrozərbə yaranır və bu, mühərrikin daxili hissələrinin zədələnməsinə, hətta tam sıradan çıxmasına gətirib çıxara bilər. Eyni zamanda, su elektrik sistemlərinə, sensorlara və naqillərə təsir edərək nasazlıqlar yaradır. Əyləc sistemi islandıqda effektivliyi azalır, asqı və sükan hissələri isə daha tez köhnəlir. Bundan əlavə, palçıq və çirk radiatora və digər hissələrə dolaraq mühərrikin soyumasını zəiflədir və ümumi işləmə keyfiyyətini aşağı salır".Ekspert deyib ki, təkərin yarısına qədər olan (təxminən 10–15 sm) su nisbətən təhlükəsiz sayılır, lakin bu zaman da aşağı sürətlə hərəkət etmək vacibdir."Təkərin yarısından yuxarı (15–30 sm) su artıq risklidir, çünki su mühərrikə və elektrik hissələrinə çata bilər. 30 sm və daha dərin su isə çox təhlükəlidir və belə hallarda hidrozərbə riski kəskin artır. Əsas qayda odur ki, suyun səviyyəsi hava filtrindən aşağı olmalıdır; əgər su ön bamperin yuxarı hissəsinə yaxınlaşırsa, avtomobili həmin sudan keçirmək tövsiyə olunmur"- deyə o bildirib. Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
demokrat.az

1Mənbələr