AZ

Millət vəkili Məşhur Məmmədov: “Hər müraciətin həlli bizim üçün prioritetdir” » AzadMedia.az


Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonunda növbəti vətəndaş qəbulunu həyata keçirib. Qəbul Yeni Azərbaycan Partiyasının Masallı rayonunda yerləşən inzibati binasında baş tutub.
Qəbul zamanı deputat Məşhur Məmmədov YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və köməkçiləri ilə birlikdə vətəndaşları fərdi şəkildə dinləyib, onların müraciət və problemləri ilə yaxından tanış olub. Görüşdə səsləndirilən bəzi məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlər isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.
Deputat bildirib ki, bölgələrdə keçirilən qəbullar vətəndaşlarla birbaşa ünsiyyət baxımından mühüm əhəmiyyət daşıyır:
“Vətəndaş qəbulu hər zaman bizim üçün prioritetdir. Çalışırıq ki, bizə ünvanlanan bütün müraciətlər müsbət həllini tapsın”.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və operativ yanaşmaya görə təşəkkürünü ifadə edərək qeyd ediblər ki, problemlərimizin dinlənilməsi və bəzi məsələlərin yerində həll olunması bizi çox sevindirdi.
Qeyd edək ki, deputat tərəfindən keçirilən vətəndaş qəbullarının mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Seçilən
1
1
azadmedia.az

2Mənbələr