AZ

Suriya kürdlər üçün vacib bir qərar verir: Onlar rəsmi olaraq hərəkətə keçdilər

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Suriyanın Haseke əyalətində uzun illərdir vətəndaşlıqdan məhrum edilmiş kürd əsilli insanlar üçün müraciət prosesi rəsmi olaraq başlayıb.

Turkustan.az xəbər verir ki, bu qərar ölkədə əhəmiyyətli bir dəyişikliyin əlaməti kimi qəbul edilir.

Hasəkə Media İdarəsi, Prezident Əhməd Şaranın verdiyi 13 nömrəli Prezident Fərmanı çərçivəsində müraciətlərin qəbul edildiyini açıqladı.

6 aprel tarixindən etibarən Hasaka, Qamışlı, Dərbəsə, Malikiyyə və Cəvadiyə əhali qeydiyyatı ofislərində müraciət mərkəzləri açılıb. Ərizələr hər gün saat 9:00-dan etibarən qəbul ediləcək və proses 30 gün davam edəcək.Prezident Şaranın 2016-cı il tarixli fərmanı kürd əsilli suriyalıların ölkənin "fundamental və ayrılmaz hissəsi" olduğunu vurğulayırdı. Eyni fərmana əsasən, kürd dili milli dil kimi tanındı və vətəndaşlığı olmayan şəxslərə vətəndaşlıq verilməsi üçün yol açıldı.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr