AZ

AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir - FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində daha iki ümumi təhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya bildirilib ki, məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli orta ümumi təhsil məktəbində təşkil olunub.

Tədbirdə iştirak edən 100-ə yaxın şagirdə sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Meyvə tərəvəzin uşaqlara faydaları” mövzusunda təqdimatlar edilib.

Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Seçilən
0
2
sia.az

4Mənbələr