AZ

“Xiaomi”nin yeni smartfonunun üstünlükləri  

Yeni təqdim edilən “Xiaomi 17 Ultra” smartfonu kamera imkanları ilə diqqət çəkən modellərdən biridir. Telefonun arxa hissəsində böyük kamera modulu yerləşir və cihaz Almaniyanın məşhur kamera istehsalçısı “Leica” ilə əməkdaşlıq nəticəsində hazırlanmış proqram təminatı ilə istifadəyə verilir. Bu əməkdaşlıq fotoların rəng tonları və görüntü estetikasına xüsusi təsir göstərir.

“Xiaomi” istifadəçilərə müxtəlif fokus məsafələri, filtrlər və çəkiliş rejimləri təqdim edərək foto çəkilişini daha yaradıcı edir. Şirkət əlavə olaraq kameraya örtük kimi taxılan aksessuarlar və USB vasitəsilə qoşulan fiziki düyməli foto/video idarəetmə modulu da təqdim edib. Bu əlavələr smartfonu bir əllə istifadə etməyi xeyli rahatlaşdırır.

 “Xiaomi 17 Ultra” “Qualcomm”un ən yeni “Snapdragon 8 Gen 5” prosessoru ilə işləyir və bu çipin ilin flaqman telefonlarında geniş istifadə olunacağı gözlənilir. Cihaz 6000 mAh batareya ilə təchiz olunub. “Xiaomi”nin istifadə etdiyi “Silicon/Carbon-Ion” texnologiyası sayəsində telefon 2 günə qədər enerji saxlaya bilir. Böyük batareyaya baxmayaraq, cihaz “iPhone Pro Max”dan daha yüngüldür.

     

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr