AZ

Barselona da 2 ciddi İTKİ

ain.az, Milli.az portalına istinadən məlumat verir.

"Barselona" şənbə günü La Liqanın 30-cu turu çərçivəsində "Atletiko Madrid" səfərindən 1:2 hesablı parlaq qələbə ilə dönsə də, bu uğur kluba iki əsas oyunçusunun itkisi bahasına başa gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Mark Bernal zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olublar.

Kataloniya təmsilçisinin mətbuat xidməti hər iki futbolçunun son durumu barədə rəsmi məlumat yayıb. Tibbi müayinələrdən sonra Arauxonun sol bud nahiyəsində kiçik əzələ problemi olduğu üzə çıxıb. Lakin uruqvaylı müdafiəçinin vəziyyətinin narahatlıq doğurmadığı və onun Çempionlar Liqasında "Atletiko Madrid"ə qarşı baş tutacaq növbəti matçda komandasına kömək edə biləcəyi vurğulanıb.

Bununla belə, Mark Bernalın zədəsi nisbətən mürəkkəb xarakter daşıyır. İstedadlı yarımmüdafiəçinin sol topuğunda dartılma diaqnozu qoyulub. Klub rəsmiləri oyunçunun yaşıl meydanlara qayıdış tarixini hələlik açıqlamayıb, bərpa müddətinin tamamilə müalicənin gedişatından asılı olacağını bəyan ediblər.

Qeyd edək ki, qitənin ən nüfuzlu turniri olan Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Barselona" və "Atletiko Madrid" arasında gözlənilən ilk duel aprelin 8-də reallaşacaq.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
news.milli.az

2Mənbələr