AZ

Tramp Kanadanı “51-ci ştat” etmə ideyasından əl çəkib

ABŞ prezidenti əvvəlki bəyanatlarından fərqli olaraq Kanadaya müdaxiləni istisna edib...

Poliqon xəbər verir ki, bu barədə Clash Report nəşri məlumat yayıb.

ABŞ-nin prezidenti Donald Tramp Kanadanı “51-ci ştat”a çevirmək ideyasından imtina etdiyini açıqlayıb. O, eyni zamanda bildirib ki, ABŞ-nin Kanadaya hərbi müdaxilə etməsi gündəmdə deyil.

Məlumata görə, Tramp bu fikirləri öz bioqrafı Robert Hardman ilə söhbəti zamanı səsləndirib. O, məsələ ilə bağlı zarafatla qeyd edib ki, Kanadanın uzun tarixi və milli kimliyi bu cür ssenarini real etmir.

ABŞ prezidenti bildirib ki, “Onların 200 illik tarixi var, bütün bu ‘Oh, Canada!’ məsələsi... Bunu üç il yarıma həll etmək mümkün deyil. Ona görə də düşünürəm ki, bu baş verməyəcək”.

Qeyd olunur ki, Tramp bundan əvvəl Kanadanın ABŞ-yə inteqrasiyası ilə bağlı daha sərt və iddialı açıqlamalar vermişdi. Lakin son bəyanat onun mövqeyində yumşalma olduğunu göstərir.

Ekspertlər hesab edirlər ki, bu dəyişiklik həm daxili siyasi kontekst, həm də beynəlxalq münasibətlərdə yaranan həssas balansla əlaqəli ola bilər.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr