AZ

Agentlik: Dəm qazından zəhərlənən 6 uşağın ailəsinin reabilitasiyası üçün tədbirlər planı hazırlanıb

Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə ailənin (uşaqlarının 6-sı dəm qazından zəhərlənən ailənin - red.) qiymətləndirilməsini aparıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb: "Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək".

Seçilən
14
1
apa.az

2Mənbələr