Bakı.Trend:
Bu ilin ilk rübündə Bakı şəhərində avtobuslarla 120 milyonsərnişin daşınıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.
Bildirilib ki, paytaxtda ictimai nəqliyyatla sərnişindaşımadanövbəti rekord qeydə alınıb. Sərnişin daşımalarının daha səmərəlitəşkili, marşrutların düzgün tənzimlənməsi istiqamətində atılanaddımlar nəticəsində 2026-cı ilin ilk rübü ərzində 120 milyonayaxın sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə6,8% və ya 7 651 048 nəfər çoxdur.
Məlumat üçün bildirək ki, 2025-ci ilin sonuna sərnişindaşımadaartım tempi 6,2% olub.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı”nda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, genişnəqliyyat şəbəkəsinin qurulması, ictimai nəqliyyatdan istifadəninsəmərəliliyinin artırılması və avtobus parkının modernləşdirilməsiprioritet məsələlər kimi qeyd olunub. Görülən işlərin nəticəsindəhazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2350-dən çoxavtobus fəaliyyət göstərir. Avtobus parkının mərhələli yenilənməsiçərçivəsində ötən il ərzində paytaxta 293, cari ilin 3 ayında isə169 yeni avtobus gətirilərək istismara verilib.
Qeyd edək ki, daşımalarda istidadə olunan avtobusların 82%-inağdsız ödəniş sisteminə inteqrasiya olunub.
AYNA sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili,xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətiniardıcıl şəkildə davam etdirir.