AZ

Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.

"Far.Az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə məhsul ixracı 59 milyon ABŞ dolları (il ərzində 4,06 dəfə və ya 44,5 milyon ABŞ dolları çox) təşkil edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 171,7 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da 2025-ci ilin göstəricisi ilə müqayisədə 2,92 dəfə və ya 112,9 milyon ABŞ dolları çoxdur.

Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:

Şirkət

2026-cı ilin yanvar-fevral aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə)

2025-cı ilin yanvar-fevral aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə)

Faiz fərqi

"Azerbaijan International Mining Company Limited" şirkəti

59

14,5

306,9 %

"AGRARCO" MMC

26,8

4,9

446,94 %

"Prime Cotton" MMC

25,4

13,8

84,06 %

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC

13,5

3,1

335,48 %

"Baku Steel Company" QSC

12,2

6,7

82,09 %

"PRİME LM" MMC

7,9

0

-

"P-Aqro" MMC

7,7

4,6

67,39 %

"Khan-El" MMC

7,2

4,8

50 %

"MORS TRADİNG" MMC

6,2

3,5

77,14 %

"STP Alüminium" MMC

5,8

2,9

100 %

Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dollarına çatıb.

Seçilən
5
far.az

1Mənbələr